Category: İçkilər
Yields:
1 Serving
İsti yay günlərində dadımıza çatan sərinləşdirici içkilərdən biri də soyuq çaydır. Lakin bu, sadəcə soyudulmuş adi şirin çay deyil. Soyuq çayı hazırlamağın bir çox üsulu vardır. Onlardan birini Evdar.az sizə təqdim edir:
Tərkibi:
- 2 ədəd limon
- zövqə görə şəkər tozu
- 2-3 nanə yarpağı
- 2 ədəd paket çay
- 1,5 litr su
- bal və buz
Hazırlanma qaydası:
Bir qaba 2 ədəd limonu dilimləyib şəkər tozu ilə ovxalayaraq əzin. Daha sonra qrafinə şəkərli limonu, iki-üç yarpaq nanəni tökün. Üzərinə 1,5 litr qaynanmış su və paket çayı əlavə edib qarışdırın. 15 dəqiqədən sonra çay paketlərini çıxarıb çayı soyumağa qoyun. Daha sonra süzüb üzərinə bal və buz əlavə edib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!