Category: Desertlər, Dondurmalar
Yields:
1 Serving
Qarpız həm bol, həm ucuz, bir o qədər də faydalı bir giləmeyvədir. Yay günlərinin əvəzolunmaz giləmeyvəsindən təbii, qatqısız donurma hazırlaya bilərsiniz. Tərkibində nə rəngləndirici, nə də bir qatqı maddəsi var. Evdar.az qarpız donurmasının reseptini təqdim edir.
Tərkibi:
- 2 dilim qarpız
- 2 stəkan yağlı süd
- 2 xörək qaşığı şəkər tozu
- ¼ çay qaşığı vanil
Hazırlanma qaydası:
İlk öncə 2 dilim qarpızın qabığını kəsib tumlarını təmizləyin. Mətbəx robotuna 2 dilim qarpız, süd, şəkər tozu və vanili yaxşıca qarışdırın. Hazır olan qarışığı bir qabın içərisinə tökün və bir gecə saxlayın. Dondurma qaşığı ilə desert qabına qoyub süfrəyə verin.
Nuş Olsun!