Evdə artıq qalan bişmiş düyünüz var və necə dəyərləndirəcəyinizi bilmirsiniz? Elə isə ondan ləziz və xırçıltı çips hazırlayın. Evdar.az düyü çipslərinin reseptini təqdim edir.
Qlütensiz Düyü Çipsinin tərkibi:
- 2 stəkan bişmiş düyü
- 2 xörək qaşığı kərə yağı (və ya vegan (kokos, kakao) yağı)
- 1/4 stəkan su
- 1/2 çay qaşığı duz
- 2 xörək qaşığı düyü unu
- 1/2 çay qaşığı (yarım paket) qabartma tozu
Qlütensiz Düyü Çipsinin hazırlanma qaydası:
İlk öncə bişmiş düyünü blenderə tökün. Üzərinə kərə yağı, su və duz əlavə edib blenderlə yaxşıca qarışdırın. Dərin bir qaba püre halına gətirdiyiniz düyünü töküb üzərinə düyü unu və qabartma tozu əlavə edib qarışdırın. Hazırladığınız düyü püresini konditer torbasına töküb uc hissəsini qayçı ilə kəsin. Torbanı sıxaraq yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Daha sonra üzərinə kvadrat formasında kəsilmiş yağlı kağız qoyub stəkanın arxa hissəsiylə əzin. Çipsin qalınlığını istədiyiniz qədər edə bilərsiniz.Bu qaydayla bütün çipsləri hazırlayıb əvvəlcədən 170 dərəcə qızıdırlmış sobada 30 dəqiqə bişirin. Çıxartdıqdan sonra istədiyiniz ədviyyatları əlavə edin.
Nuş Olsun!