Category: İçkilər
Yields:
1 Serving
Ev şəraitində hazırlanmış kokos qırıntısı südü təzə kokos südü və ya konservləşdirilmiş kokos südünə əla alternativdir. Axı, yetişmiş, şirin və dadlı kokos almaq çox vaxt mövsümdən və şansdan asılıdır; konservləşdirilmiş kokosun tərkibi şübhəli maddələrlə doludur. Kokos qırıntılarını isə saxlamaq rahatdır, büdcəyə uyğundur, təbii və ilin istənilən vaxtında mövcuddur. Olduqca asan hazırlanan laktozsuz süd sıyıqlar, smuzilər və sadəcə orijinal vegetarian içkisi üçün mükəmməldir. Evdar.az kokos qırıntılarından hazırlanan kokos südünün reseptini təqdim edir.
Ev Şəraitində Kokos Qırıntısından Hazırlanan Kokos Südünün tərkibi:
- 70 qr kokos qırıntısı
- 300 ml su
- çimdik duz
Ev Şəraitində Kokos Qırıntısından Hazırlanan Kokos Südünun hazırlanma qaydası:
İlk öncə kokos qırıntısının üzərinə qaynar suyu töküb 5-10 dəqiqə kənarda saxlayın. Blenderin qabına suyuyla birlikdə isladılmış kokos qırıntısını və çimdik duzu əlavə edib 60 saniyə qarışdırın. Alınan kütləni təmiz bir neçə dəfə qatlanmış tənzifdən istifadə edərək süzün. Yaxşıca sıxaraq kokos südünü bir qaba süzün. Tənzifin arasında qalan jmıxı isə atmayın. Onu şirniyyatlara, sıyıqlara, qranolara və s. əlavə etmək üçün istifadə edə bilərsiniz. Hazır kokos südünü soyuducuda 3-4 gün saxlaya bilərsiniz. Süd ayrıldıqda (bu bitki südü üçün normaldır) sadəcə yaxşıca qarışdırın və yenidən qatı hala gələcək. Kokos südünü müxtəlif içki, sıyıq, pudinq, qoyurtlarda istifadə edə bilərsiniz.
Nuş Olsun!