Dadı meyxoş, ancaq bir o qədərdə ləzzətli olan albalıları tortlarda və şirniyyatlarda istifadə etmək üçün soyuducunun dondurucu rəfində saxlaya bilərsiniz. Mağazalarda baha qiymətə satılan dondurulmuş albalını özünüz ev şəraitində hazırlayın. Evdar.az ev şəraitində dondurulmuş albalının hazırlanma qaydasını təqdim edir.
Albalı, yaz mövsümünün ən çox sevilən, dadı daha turş olan bir meyvəsidir. İmmunitet sistemini gücləndirən albalı, orqanizmin xəstəliklərlə daha rahat mübarizə aparmasına köməkçi olur. Çəki atmağı da asanlaşdıran albalını qışqa istifadə etmək üçün saxlamaq üsulları var. Bunlardan biri də buzluqda saxlamaq üsuludur. İstəsəniz konserv edərək də saxlaya bilərsiniz. Ancaq albalı çox həssas meyvə olduğuna görə buzluqda saxlamaq ən ideal saxlama üsuludur.
Albalını Soyuducuda Necə Saxlamaq Olar?
Albalıların tumlarını asan bir üsulla çıxarıb soyuq suyun altında bol suda yuyun. Bu addımda albalıların əzilməməsinə diqqət yetirməlisiniz.
Tumları çıxarılmış albalıları tək-tək bir soba sinisinə və ya böyük bir qabın içərisinə düzün.
Daha sonra sinini üzəri açıq bir şəkildə dərin dondurucuya yerləşdirin. Bu şəkildə 1 saat dondurun. 1 saat dondurduqdan sonra soyuducu paketlərinə bölüşdürüb yenidən buzluğa qoyun. Bu şəkildə albalılar xarab olmadan qala bilər.