Ev Şəraitində Moruqlu Rafaello Konfeti

Yields: 1 Serving

Ev şəraitində çox dadlı və faydalı konfet hazırlaya bilərsiniz. Bu konfetin tərkibində olan moruq immuniteti gücləndirir, hətta ürək üçün də faydalıdır. Badam qan damarlarını qidalandırır, xolesterolla təsirli bir şəkildə mübarizə aparır. Kokos isə iltihabəleyhinə bir xüsusiyyətə malikdir. Faydaları sadalanan bu konfet çəkisinə nəzarət edənlər üçün idealdır. Evdar.az dadlı və faydalı moruqlu Rafaello konfetinin reseptini təqdim edir.

Tərkibi:

  • 75 qr moruq
  • 100 qr kəsmik
  • 100 qr kokos
  • 50 qr quru süd tozu
  • zövqə görə dadlandırıcı
  • 15 ədəd qovrulmuş badam ləpəsi

Bulamaq üçün:

  • 10 qr kokos

Hazırlanma qaydası:

İlk öncə moruğu blenderlə əzin. Dondurulmuş moruq istifadə edəcəksinizsə otaq temperaturuna gəldikdə əzə bilərsiniz. Bir qabda moruq püresi, kəsmik, kokos, quru süd tozu və dadlandırıcı töküb yaxşıca qarışdırın. Kütlədən kiçik parçalar qoparıb 15 ədəd kürəciklər hazılayın. Kiçik toplar şəklində olan konfetlərin orta hissəsinə qovrulmuş badam qoyub yuvarlayın. Kokosa bulayıb soyuducuda saxlayın. Çayın yanına verə biləcəyiniz dadlı və faydalı konfet hazırdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir