Sirkə ləzzətli, eyni zamanda da çox şəfalı bir məhsuldur. Xüsusilə ev şəraitində müxtəlif meyvələrlə edilən qatqısız sirkələr, son dövrdə sağlam qidalanmaq istəyənlər üçün idealdır. Bunlardan biri də qoz sirkəsidir. Evdar.az ev şəraitində qoz sirkəsinin hazırlanma qaydasını təqdim edir.
Ev Şəraitində Qoz Sirkəsinin tərkibi:
- 2 stəkan xırda çəkilmiş qoz
- 4 litr su
- 1 stəkan təbii sirkə
- 1 stəkan çiçək balı
- 1 xörək qaşığı təbii duz
- 10-15 ədəd noxud
- 1 stəkan bulgur (yarma)
Ev Şəraitində Qoz Sirkəsinin hazırlanma qaydası:
İlk öncə böyük ölçüdə bir qabı yaxşıca yuyub sterilizə edin. 4 litr suyu da bir qabda qaynadıb soyuması üçün kənara qoyun. Qozları toz halına gələnə qədər döyün ya da mətbəx robotundan keçirin. Xırda çəkdiyiniz qozları sterilizə etdiyiniz qaba qoyub üzərinə balı və sirkəni əlavə edin. (Şəkər problemi olanlar sirkəsini bal istifadə etmədən də edə bilər.) Daha sonra qaynatdığınız suyu da əlavə edin. Sonda duzu da əlavə edib qarışıdın. Qabı təmiz tənziflə örtüb rezin qapaqla bağlayın. Qarışığı günəş görməyən sərin bir yerə yerləşdirib 20 gün saxlayın. Bu müddətdə hər gün taxta qaşıqla qarışdırın. Sirkəni 20-ci günün sonunda süzüb yenidən qaba tökün. İçərisinə yarmanı və noxudları da əlavə edib qapağını möhkəmcə bağlanın. 2 ay boyunca bu şəkildə mayalandırdığınız sirkənizi bu müddətin sonunda süzüb istifadə edə bilərsiniz.
Qoz sirkəsinin faydaları haqqında bu məqaləmizdən oxuya bilərsiniz..