Şərbət susuzluğunuzu yatıracaq, qan şəkərinizi tənzimləyəcək və həzmi yaxşılaşdıracaq Ramazan ayına xas içki reseptidir. Evdar.az təravətləndirici iftar içkisinin reseptini təqdim edir.
Fərahlandırıcı İftar İçkisi: Ramazan Şərbətinin tərkibi:
- 6 stəkan su
- 3/4 stəkan şəkər tozu
- 1 stəkan albalı (təzə və ya dondurulmuş)
- 10 ədəd ərik qurusu
- 1 stəkan üzüm qurusu
- 5 qr təzə zəncəfil
- 1 ədəd darçın çubuğu
- 6 ədəd mixək dənəsi
Fərahlandırıcı İftar İçkisi: Ramazan Şərbətinin hazırlanma qaydası:
Dərin bir qazana 6 stəkan su doldurub ocağa qoyun. Təzə zəncəfilin qabığını soyub dilimləyin və qazana əlavə edin. Üzərinə mixək dənələri və darçın çubuğunu əlavə edib qaynamağa qoyun. Qaynamağa başlayan suya şəkər tozunu əlavə edib qarışdırın. Üzüm qurusunu (saplaqlarını təmizlədiyiniz) və qaysı qurusunu da qazana əlavə edib 5 dəqiqə qaynadın. Albalıları da şərbətə əlavə edib 2-3 dəqiqə qaynadıb ocaqdan götürün. Ocaqdan götürdüyünüz şərbəti otaq temperaturunda soyuması üçün kənara qoyun. İlınan şərbəti süzgəc köməyi ilə süzün. Susuzluğunuzu yatırtmaq üçün bu şərbəti hazırlayıb iftarda içərək Ramazan ayını rahat keçirə bilərsiniz.
Ramazan ayında susuzluğun qarşısını almaq üçün nə etmək olar? Ramazanda susamamaq üçün bəzi tövsiyyələri bu məqalədən oxuyun.