Fərqli Dad Axtaranlar Üçün Yaşıl Pomidor Qızartması

Yields: 1 Serving

Göz sağlamlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı faydası olan yaşıl pomidor, mövsümündə tez-tez istifadə edəcəyimiz bir tərəvəzdir. Yaşıl pomidor liflə zəngin olduğu üçün həzmi dəstəkləyir, yağ yandırmağa kömək edir, tərkibindəki protein əzələləri və sümükləri gücləndirir, orqanizmdə əmələ gəlməyə çalışan şişlərin qarşısını alır. Adətən turşu hazırlayarkən istifadə etdiyimiz yaşıl pomidoru həm yemək, həm də sous kimi istifadə edə bilərik. Evdar.az asan hazırlanan dadlı yaşıl pomidor qızartmasının reseptini təqdim edir.

Fərqli Dad Axtaranlar Üçün Yaşıl Pomidor Qızartmasının tərkibi:

  • 4 ədəd böyük ölçülü yaşıl pomidor
  • 2 ədəd yumurta
  • 100 qr süd
  • 140 qr un
  • 60 qr qarğıdalı unu
  • 60 qr suxari tozu
  • 2 çay qaşığı duz
  • ¼ çay qaşığı istiot
  • qızartmaq üçün bitki yağı

Fərqli Dad Axtaranlar Üçün Yaşıl Pomidor Qızartmasının hazırlanma qaydası:

Yuyulmuş pomidorları bir barmaq qalınlığında dairələr formasında kəsin. Bir qabda yumurta və südü birlikdə çəngəllə çırpın. Başqa bir boşqaba unu tökün. Bir qabda qarğıdalı unu, suxari tozu, duz və istiotu qarışdırın. İlk öncə pomidorları una bulayın. Daha sonra pomidorları süd və yumurta qarışığına batırın. Tam örtülməsi üçün qarğıdalı unu və suxarili qarışığa bulayın. Tavaya yağı töküb qızdırın. Pomidorları  hərtərəfli yaxşıca qızardın. Qızardılmış pomidorları kağız dəsmal sərilmiş bir boşqaba qoyun. Bu qaydayla pomidorları qızardıb istədiyiniz sousla süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir