Faydalı Və Doyurucu Lobyalı Paştet

Lobya lif və zülallarla zəngindir, tərkibində B qrupu vitaminlər, fol turşusu və vitaminlər vardır. Ətdən daha çox proteinə malik lobyadan dadlı, faydalı və doyurucu paştet hazırlaya bilərsiniz. Evdar.az möhtəşəm bir dad olan lobya paştetinin reseptini təqdim edir. Tərkibi:
  • 2 stəkan qırmızı lobya
  • 1 stəkan qoz ləpəsi
  • 1 ədəd soğan
  • 1-2 diş sarımsaq
  • 50 qr kərə yağı
  • 3 xörək qaşığı duru yağ
  • 2 xörək qaşığı limon suyu
  • duz
Hazırlanma qaydası: Lobyanı axşamdan isladın. Suyunu dəyişib 1 saat qaynadın. Soğanı xırda doğrayıb duru yağda qovurun. Qoz ləpəsini yağsız tavada qovurun. Lobya bişdikdən sonra suyunu süzün,ancaq o sudan 4-5 xörək qaşığı skınara ayırın. Lobyanı, soğanı, qozu və sarımsağı bir qaba yerləşdirib blenderlə əzin. Üzərinə limon suyu, kənara ayırdığınız lobyanın suyu, kərə yağı və duz əlavə edib yaxşıca əzin. Paştet hazırdır. Zövqə görə qaraciyər paşteti kimi kərə yağıyla rulet formasına da salmaq olar.
Nuş Olsun!
Servings: 1 yield(s)