Darçın adətən şirniyyatlarda istifadə edilən ədviyyat kimi tanınır. Bu unikal ədviyyat əslində yeməklərə də çox gözəl bir dad verir. Bundan əlavə darçının həzmə kömək etmək və qan şəkərini balanlaşdırmaq kimi faydaları da var. Evdar.az faydalı və dadlı darçınlı yerkökü şorbasının reseptini təqdim edir.
Faydalı və Dadlı Darçınlı Yerkökü Şorbasının tərkibi:
- 5 ədəd yerkökü
- 1 ədəd soğan
- 3 diş sarımsaq
- 1 xörək qaşığı kərə yağı
- 1 xörək qaşığı un
- 1 litr toyuq bulyonu və ya tərəvəz suyu
- 1 çay qaşığı darçın tozu
- 1 stəkan süd
- təzə kəklikotu və ya cəfəri
- duz, istiot
Faydalı və Dadlı Darçınlı Yerkökü Şorbasının hazırlanma qaydası:
İlk öncə yerkökünü təmizləyib kiçik kub formasında doğrayın. Soğan və sarımsağı da doğrayın. Qazana kərə yağını əlavə edib əridin. Doğranmış soğan və sarımsağı qızdırılmış yağda qovurun. Unu əlavə edib qovurmağa davam edin. Doğranmış yerkökünü əlavə edib bir neçə dəqiqə qızardın. Qazana toyuq suyu və ya tərəvəz suyu, duz və istiot əlavə edib yerkökü yumşalana qədər bişirin. Bişən şorbanı əl blenderiylə yaxşıca qarışdırın. Konsistensiyanı öz istəyinizə uyğun tənzimləyə bilərsiniz. Üzərinə süd və darçın tozu əlavə edib qarışdırın. Şorbanı ocaqdan götürüb təzə kəklikotu və ya cəfəri səpib süfrəyə verin.
Nuş Olsun!