Şokolada yox deyə bilməyənlər üçün bol şokoladlı peçenye resepti təklif ediirik. Bu dadlı peçenyeni uşaqlarınıza südün yanında süfrəyə verə bilərsiniz. Evdar.az fındıqlı şokoladlı peçenyenin reseptini təqdim edir.
Tərkibi:
- 80 qr südlü şokolad
- 80 qr bitter şokolad
- 75 qr kərə yağı
- 1/2 stəkan şəkər tozu
- 1 ədəd yumurta
- 1,5 stəkan un
- 1/2 çay qaşığı duz
- 1 paket vanil
- 1/2 paket qabartma tozu
- fındıq ləpəsi
Hazırlanma qaydası:
Su hamamında və ya mikrodalğalı sobada kərə yağını və şokoladı əridin. Bir az soyuduqdan sonra bir qabda əridilmiş kərə yağının və şokoladın üzərinə şəkər tozunu əlavə edib əriyənə qədər qarışdırın. Yumurtanı da əlavə edib qarışdırın. Bir qabda un, duz, vanil və qabartma tozunu qarışdırıb yağlı kütləyə əlavə edib yaxşıca qarışdırın. Xəmirdən dondurma qaşığıyla götürüb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Xəmirlərin üzərinə fındıq ləpəsi yerləşdirib əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Nuş Olsun!