Fransız Mətbəxinin Dadı Damaqda Qalacaq Qəlyanaltısı “Volovan”

Yields: 1 Serving

“Volovan” Fransız mətbəxinin dadı damağınızda qalacaq qəlyanaltılarından biridir. Bütün dünyada sevilən “Vol au vent” kimi də tanınan Volovan, fransızca “küləkdə uçmaq” deməkdir. Həm şirin, həm də duzlu çeşidləri mövcuddur. Evdar.az fərqli dadları dadmaq istəyənlər üçün dadlı volovan reseptini təqdim edir:

Dadı Damaqda Qalacaq Qəlyanaltısı “Volovan”ın tərkibi:

  • 1 paket mayasız qat-qat xəmir
  • 1 ədəd yumurta sarısı

İçlik üçün:

  • 250 qr toyuq filesi
  • 250 qr göbələk
  • duz, istiot
  • xama

Dadı Damaqda Qalacaq Qəlyanaltısı “Volovan”ın hazırlanma qaydası:

İlk öncə qat qat xəmirin dəzgahın üzərinə açın. Xəmirin üzərinə un səpib dairəvi formalı qəlib ilə dairələr kəsin. Daha bir dairəni isə  kiçik ölçülü qəlib ilə kəsin. Çıxan halqaları kiçik halqanın ölçüsünə uygun kiçildin. Dairələri yağlı kağız sərilmiş soba sinisinə düzüb üzəni çəngəlləyin. Yüngül açdığınız yumurta sarısını xəmirlərin üzərinə yaxın. Əvvəlcədən 200 dərəcə isidilmiş sobada üzəri qızaranadək bişirin.

İçliyi hazırlamaq üçün toyuq filesini kiçik kub formasında doğrayın. Tavada yağda əti qovurun. Qovrulmuş ətləri götürüb eyni tavada doğranmış göbələyi də qovurub ocaqdan götürün. Toyuq filesinin üzərinə göbələk, duz, istiot və xama əlavə edib qarışdırın. Sobadan götürdüyünüz volovanların orta hissəsini qaşıqla yüngülcə açın. Daha sonra içliyi qoyun, göbələklə bəzəyib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir