Fərli Dad Axtaranlar Üçün Göbələkli Pirojki

Yields: 1 Serving

Sadə kartoflu pirojki növündən başqa fərqli pirojki dadmaq istəyənlər bu resepti mütləq sınaqdan keçirsin. Evdar.az ləzzətli göbələkli pirojki reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 2 stəkan un
  • 1 stəkan xama
  • 1 çimdik soda
  • 60 qr kərə yağı
  • 1 çay qaşığı duz

İçlik üçün:

  • 1 qutu şampinyon göbələyi (350 qr)
  • 1 ədəd soğan
  • 4 xörək qaşığı duru yağ
  • duz, istiot

Hazırlanma qaydası:

İçliyi hazılamaq üçün göbələkləri təmizləyib doğrayın və sirkəli suda saxlayın. Daha sonra suyunu süzün. Soğanı xırda doğrayıb yağda qovurun. Qızardılmış soğana göbələkləri əlavə edib suyu çəkilənə qədər bişirin. Duz və istiot səpib ocaqdan götürün. İçliyi soyuması üçün kənara qoyun.
Xəmiri hazırlamaq üçün bir qabda un və kərə yağını umac halına gələnədək əllə qarışdırın. Xamanın üzərinə soda əlavə edib qarışdın və umacın üzərinə əlavə edin.  Xəmirə duz əlavə edib yaxşıca yoğurun. Xəmir bərk olarsa xama əlavə edə bilərsiniz. Streç salafana büküb xəmiri 15 dəqiqəlik soyuducuya yerləşdirin. Hazır xəmirdən balaca kündələr hazırlayıb yayın. Orta hissəsinə içlikdən qoyub bükün. Bu qaydayla bütün kündələri içliklə doldurub bükün. Qaynar tavaya yağ töküb perajkilərin hər iki üzü qızarana qədər bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir