Göy Qurşağına Bənzəyən Tərəvəz Piroqu

Yields: 1 Serving

Tərəvəz piroqlar ətli piroqlara alternativdir. Bu piroqu bütün mövsüm boyu istənilən mövsümi tərəvəzlərlə hazırlaya bilərsiniz. Evdar.az göy qurşağına bənzəyən tərəvəz piroqunun reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd qabaq
  • 1 ədəd zukini
  • 3 ədəd yerkökü
  • 50 qr un
  • 4 xörək qaşığı soyuq su
  • 3 ədəd yumurta
  • 150 qr bərk pendir
  • 300 ml süd
  • duz zövqə görə
  • 1 xörək qaşığı zeytun yağı
  • 2 diş sarımsaq

Hazırlanma qaydası:

Zukini və qabaqı incə laylarla qabıqlı doğrayın.Eyniylə yerkökünü də.T ərəvəzləri şəkildəki kimi kənarlardan başlayaraq sırayla qabaq, zukini və yerkökünü dairəvi soba sinisinə düzün.

İçliyi hazırlamaq üçün yumurtanı tel çırpıcıyla çırpın,üzərinə süd, yağ və un əlavə edib yenidən çırpın. Daha sonra xırdalanmış sarımsaq və zövqə görə duz töküb qarışdırın. Tərəvəzlərin üzərinə içliyi töküb üstündən rəndənin xırda gözündən keçirilmiş pendir tökün. Sinini ehtiyyatla masa üstünə vurun (xəmirin yayılmasına, tərəvəzlərin arasına yerləşməsinə görə). Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 60-70 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir