Güclü Spirtli İçkilər Üçün İdeal Qəlyanaltı- Limon Şorabası

Yields: 1 Serving

Demək olar ki, bütün mədəniyyətlərdə güclü spirtli içkilər var. Bu içkilərin dadını vurğulayan və paxmellik (spirtli içki qəbulundan sonra yaranan postintoksikasiya vəziyyəti) hissini neytrallaşdıran qəlyanaltılar var. Həkimlər güclü alkoqolun ideal tamamlayıcısı kimi limonu tövsiyyə edir. Marinə edilmiş limon güclü içkilər (Viski, Vodka, Samaqon, Tekila və s) üçün əla qəlyanaltıdır. Evdar.az duzlu limonun reseptini təqdim edir.

Limon Şorabasının tərkibi:

  • 2 ədəd limon
  • bitki yağı
  • limonlu istiot ədviyyatı (istiot, limon qabığı, limon duzu, soğan, sarıkök və duzdan ibarət ədviyyatdır)
  • sarımsaq ( və ya sarımsaq tozu)
  • rozmarin ( bibəriyə)
  • mixək dənələri
  • duz, istiot

Limon Şorabasının hazırlanma qaydası:

İlk öncə limonu yaxşıca yuyun. Yuyulmuş limonları qabığıyla birlikdə 5 mm qalınlığında nazik dilimləyin. Sterilizə edilmiş şüşə bankaya bir qat limon düzün.Üzərinə duz, istiot, limonlu istiotu, qabığı soyulmuş sarımsaq dənələri və ya sarımsaq tozu, rozmarin (təzə və ya qurudulmuş) və mixək dənələri düzün (mixək dənələrini bir-iki dənədən artıq qoymayın, onları hər təbəqəyə qoymaq lazım deyil! ).Və yenidən bir qat limon düzün. Banka dolana qədər növbə ilə düzün. Bitki yağı ilə doldurun və qapağını bağlayın. Otaq temperaturunda minimum 1 saat və ya daha uzun müddət dincəldin. Sonra hər hansı bir güclü içki ilə süfrəyə verə biləcəyiniz əla qəlyanaltıdan həzz alın.

 

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir