Səhər yeməyi üçün yumşaq mayasız bulka hazırlaya bilərsiniz. Mayalanmasını gözləmədən hazırlayıb bişirəcəyiniz bulkanı uzun müddət , boyatlamadan saxlamaq olar. Evdar.az boyatlamayan bulka reseptini təqdim edir.
Tərkibi:
Xəmiri üçün:
- 1 ədəd yumurta
- yarım stəkan maye yağ
- 1 stəkan süd
- 1 çay qaşığı duz
- 1,5 çay qaşığı şəkər tozu
- 1,5 paket qabartma tozu
- 4 stəkan un
İçlik üçün:
- 1 kasa rəndələnilmiş ya da əzilmiş pendir
- yarım dəstə cəfəri
Üzəri üçün:
- 1 ədəd yumurta sarısı
- çörək otu və küncüt
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda yumurta, maye yağ, süd, duz, şəkər tozu və qabartma tozunu qarışdırın. Unu da yavaş-yavaş əlavə edib ələ yapışmayan,yumşaq xəmir yoğurun. Xəmiri streç salafanla büküb 20 dəqiqə kənarda saxlayın.
İçliyi hazırlamaq üçün pendiri doğranmış cəfəriylə qarışdırın. Daha sonra xəmirdən əlinizlə qoz böyüklüyündə kündələr edib yüngül açın. Xəmirin içərisinə hazırladığınız içlikdən qoyub D formasında və ya yumru forma verə bilərsiniz. Bütün kündələri içliklə doldurub forma verib yağlı kağız sərilmiş və ya yüngülcə yağlanmış soba sinisinə yerləşdirin. Bulkaların üzərinə yumurta sarısı yaxıb zövqə görə küncüt və ya çörəkotu səpin. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. İçliyi kartoflu, kolbasalı kimi fərqli variantlarla da hazırlaya bilərsiniz.
Nuş Olsun!