Həm Dadlı, Həm də Faydalı Qırmızı Kələmli Pizza

Bənövşəyi və ya qırmızı kələm ən faydalı tərəvəzlərdən biridir. Xüsusilə salatlarda çox seçilən qırmızı kələm bir çox insanın üstünlük verdiyi tərəvəzdir. Antioksidant anbarı olan bənövşəyi rəngli tərəvəzdən həm faydalı, həm də dadlı pizza hazırlamağı təklif edirik. Evdar.az qırmızı kələmli pizzanın reseptini təqdim edir. Xəmiri üçün:
  • 270 qr un
  • 9 qr maya
  • 8 qr duz
  • 1-2 xörək qaşığı zeytun yağı
  • 160 ml su
Üzəri üçün:
  • 150 qr nazik doğranmış qırmızı kələm
  • 4 xörək qaşığı pomidor sousu
  • 1 ədəd qırmızı bibər
  • 1 ədəd yaşıl bibər
  • 100 qr nazik dilimlənmiş göbələk
  • 1 çay qaşığı kəklikotu
  • 3 xörək qaşığı konservləşdirilmiş qarğıdalı dənəsi
  • 5-6 ədəd qurudulmuş pomidor
  • 1 ədəd halqa formasında doğranmış qırmızı soğan
  • 350 qr dil pendiri (və ya rəndələnmiş kaşar pendiri)
  • 2-3 xörək qaşığı zeytun yağı
Hazırlanma qaydası: Xəmiri hazırlamaq üçün un, maya, duz, zeytun yağı və suyu qarışdırıb 10 dəqiqə yoğurun. Xəmiri unlanmış dərin bir qaba qoyun və üstünü örtün. Həcmi iki dəfə artana qədər 1-2 saatlıq mayalanması üçün kənarda gözlədin. Mayalanan xəmiri unlanmış dəzgaha qoyub 5 dəqiqə yoğurun. Xəmirdən 2 ədəd kündələyib üzərini örtün, daha 1 saat dəzgahda mayalansın. Saatın tamamında kündələrdən 35-40 sm -lik dairə yayın. Üzəri üçün tərkibləri yarıya bölün. Yaydığınız pizza xəmirinin üzərinə pomidor sousunu yaxın. Doğranmış kələmi dörd bərabər hissəyə bölün. Dilimlənmiş tərəvəzləri və doğranmış qırmızı kələmin bir hissəsini pizzanın üzərinə yayın. Qarğıdalı dənəsi, qalan kələm və pendirin bir hissəsini kənara qoyun. Bişirmə mərhələsini bitirməmişdən 5 dəqiqə əvvəl onlardan istifadə edəcəksiniz. Ən son pendir əlavə edin və üzərinə bir az zeytun yağı çəkin. Əvvəlcədən 250 dərəcə qədər qızdırılmış sobada bişirin. Pendir əriməyə başladıqa, qalan kələmi əlavə edin və qarğıdalı dənələrini səpin. Üstünü pendirlə örtün. Pendir əriyib qızarmağa başlayanda sobadan çıxarıb isti halda süfrəyə verin. Bu qaydayla ikinci xəmiri də bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)