Həm dadı, həm rəngi və həm də şəfasıyla könüllərdə taxt quran gicitkən otu şorbasını hazırlamaq çox asandır. Evdar.az hər bir qaşığında şəfa olan gicitkən otu şorbasının reseptini təqdim edir.
Hər Bir Qaşığında Şəfa Olan Gicitkən Otu Şorbasının tərkibi:
- 500 qr gicitkən otu
- 2 xörək qaşığı un
- 1 ədəd yumurta
- 150 qr əvvəlcədən isladılmış buğda
- 1 kq qatıq
- zeytun yağı
Hər Bir Qaşığında Şəfa Olan Gicitkən Otu Şorbasının hazırlanma qaydası:
İlk öncə əlinizə əlcək geyinib gicitkən otunu yaxşıca yuyun. Daha sonra xırda doğrayın. Bir qazana 2 litr su töküb buğdanı yumşalana qədər bişirin. Bişən buğdanın üzərinə doğradığınız gicitkən otunu töküb təxminən yarım saat bişirməyə davam edin. Başqa bir dərin və geniş qabda qatıq, un və yumurtanı tel çırpıcıyla yaxşıca qarışdırın. Şorbanın suyundan bir qaşıq götürüb bu qatıq qarışığına əlavə edib tez qarışdırın. İsti qatıq qarışığını qazana əlavə edin və şorbanı qarışdırın. Şorbanı zəif ocaqda təxminən 10 dəqiqə bişirin. İsti şorbanı süfrəyə verdikdə üzərinə zeytun yağı gəzdirə bilərsiniz.
Gicitkən Şorbasının Faydaları :
- Gicitkənin ən böyük faydası ekzemayadır. Ekzemanın sağalmasını dəstəkləyir.
- Tərkibindəki C vitamini sayəsində soyuqdəymədən qoruyur.
- Qan şəkərini tənzimləyir.
- Revmatik ağrılara da xeyirli olduğu deyilir.
- Tərkibində yüksək miqdarda dəmir var.
Nuş Olsun!