Qış aylarının sevilən meyvəsi portağal ilə hazırlanan qripə qarşı desert 2024-cü ilin ən çox axtarılan desertlərindən biri oldu. Evdar.az həm dadlı, həm də qriplə mübarizə aparan portağal souslu pudinqin reseptini təqdim edir.
Həm Dadlı, Həm də Şəfalı: Qripin Düşməni Desertin tərkibi:
- 3 stəkan süd
- yarım stəkan şəkər tozu
- 3 xörək qaşığı qarğıdalı nişastası
- 1 çay qaşığı rəndələnmiş zəncəfil kökü
- 1 paket vanil
Portağallı sousu üçün:
- 1,5 stəkan təzə sıxılmış portağal suyu
- 1 xörək qaşığı qarğıdalı nişastası
- 2 xörək qaşığı bal
- 1 çay qaşığı darçın
Üzəri üçün:
- təzə nanə yarpaqları, portağal dilimləri
Həm Dadlı, Həm də Şəfalı: Qripin Düşməni Desertin hazırlanma qaydası:
Süd, şəkər tozu və qarğıdalı nişastasını bir qazanda tel çırpıcıyla yaxşıca qarışdırın. Qazanı ocağa qoyub dayanmadan qarışdıraraq orta istilikdə qatılaşana qədər qaynadın. Ocaqdan götürməzdən əvvəl rəndələnmiş zəncəfil və vanili əlavə edib yaxşıca qarışdırın. Pudinqi porsionluq kiçik şüşə qablara bölüşdürün və soyuması üçün kənara qoyun.
Portağal sousunu hazırlamaq üçün portağal suyu, qarğıdalı nişastası və darçını kiçik bir qazanda yaxşıca qarışdırın. Qazanı ocağa qoyub qatılaşana qədər orta istilikdə bişirin. Ocaqdan götürüb ilındırdıqdan sonra balı əlavə edib qarışdırın. Soyuyan pudinqlərin üzərinə ilıq portağal sousunu töküb yayın. Təzə nanə yarpaqları və portağal dilimləri ilə bəzəyin. Soyuducuda 1-2 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş Olsun!