Kremlin keçmiş baş aşpazı və Rusiya Kulinariya Mütəxəssisləri Milli Assosiasiyasının prezidenti Viktor Belyayev dövlətin yüksək vəzifəli şəxsləri üçün ,o cümlədən rəsmi səfərə gələn xarici dövlətlərin rəhbərlərinin qida rasionunu müəyyənləşdirirərək onlara xidmət göstərib. Baş aşpaz fəaliyyəti dövründə Azərbaycanın sabiq prezidenti, ümummilli lider Heydər Əliyevin Kremldə səfərdə olarkən ondan Ministersayağı kotlet bişirməyini istəyirmiş. Evdar.az Heydər Əliyev sevdiyi yeməklərdən olan mərcangilə ilə Ministersayağı kotletin reseptini təqfim edir.
Mərcangilə ilə Ministersayağı Kotletin tərkibi:
- 1 kq toyuq filesi
- 300 qr kərə yağı
- 200 ml zeytun yağı
- 1 baton ağ çörək
- 5 ədəd yumurta
- 300 qr un
- zövqə görə duz, istiot, şəkər tozu
- 500 qr mərcangilə (brusnika)
Mərcangilə ilə Ministersayağı Kotletin hazırlanma qaydası:
Toyuq filesini iti bir bıçaqla kəsərək açın və mətbəx taxtasının üzərinə yerləşdirin. Ətin üzərində lazımsız damarları çıxarın. Ətdə olan lazımsız damarları çıxarın. Fileni əlinizlə isladıb mətbəx çəkiciylə yüngülcə döyün. Ət tikələri təxminən 5 mm qalınlığında olmalıdır. Fileyə duz istiot səpib orta hissəsinə bir parça kərə yağı qoyun. Filenin digər ucunu birləşdirib yağı örtəcək şəkildə yarpaq formasında bükün. Hazırladığınız kotleti soyuducuya yerləşdirin. Bu qaydayla qalan fileləri də hazırlayıb 15 dəqiqə soyuducuda saxlayın. Ağ çörəyin kənarlarını kəsib orta hissəsini soyuducuya yerləşdirin. Yüngül bərkiyən çörəyi ilk öncə nazik dilimləyib, daha sonra samanvari doğrayın. Başqa bir qabda yumurtaları çırpın. Digər bir qabda isə una bir az duz əlavə edib qarışdırın. Hazırladığınız kotletləri ilk öncə una, daha sonra çırpılmış yumurtaya bulayın. Un və yumurtaya bulanmış kotleti samanvari çörəyə hərtərəfli batırın. Tavaya yağ əlavə yaxşıca qızdırın. Hazır kotletləri yağda iki tərəfli qızardın.
Mərcangilə sousunu hazırlamaq üçün dondurulmuş və ya təzə mərcangiləni qazana tökün. Üzərinə bir az su, duz və şəkər tozu əlavə edib zəif odda arabir qarışdırın. Qatılaşan sousu ocaqdan götürüb ilıdın. Ministersayağı kotletlərin üzərinə sous gəzdirib, yanında bişmiş alma və heyva ilə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!