Çox zəngin şokolad dadına malik, xaricdən xırtıldayan, içi isə bir qədər yumşaq olan ləziz peçenye hazırlaya bilərsiniz. Evdar.az bişdikdə ətri bütün mətbəxə yayılan “Snikers” peçenyesinin reseptini təqdim edir.
Heyrətamiz Dərəcədə Dadlı “Snikers” Peçenyesinin tərkibi:
- 200 qr tünd şokolad
- 80 qr un
- 2 ədəd yumurta
- 50 qr kərə yağı
- 170 qr şəkər tozu
- 1/2 çay qaşığı qabartma tozu
- bir çimdik duz
- bir ovuc xırdalanmış fındıq ləpəsi
- 2 ədəd Snickers şokolad batonu
Heyrətamiz Dərəcədə Dadlı “Snikers” Peçenyesinin hazırlanma qaydası:
Bir qabda doğranmış şokoladı kərə yağı ilə qarışdırıb su hamamında və ya mirkodalğalı sobada əridib spatulayla yaxşıca qarışdırın. Başqa bir qabda yumurtaları şəkər tozuyla birlikdə mikserlə 3-5 dəqiqə yaxşıca çırpın. Çırpılmış yumurta kütləsini bir az soyudulmuş şokolad qarışığına töküb tel çırpıcıyla qarışdırın. Un, qabartma tozu və duzu başqa bir qabda birləşdirib qarışdırın. Unlu qarışığı xəmirə ələyib mikserin aşağı sürətilə (xəmir qarışdıran başlığı ilə) yaxşıca qarışdırın. Snickers batonlarını 5-7 mm qalınlığında hissələrə bölün. Hazırladığınız xəmirdən bir xörək qarışığı ilə götürüb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün (xəmiri “topaq” halında buraxın, yaymayın!). Peçenye xəmirlərinin üzərinə 1-2 dilim Snickers batonu batırıb xırdalanmış fındıq ləpəsi səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişirin. Bu qaydayla xəmir bitənə qədər hazırlayıb bişirin. Əvvəlcə peçenyelər çox yumşaq olacaq, soyuduqdan sonra bərkiyəcəklər.
Nuş Olsun!