Toyuq filesi, göbələk və qara gavalının zərif şirinliyi ilə heyrətamiz dərəcədə dadlı salat hazırlaya bilərsiniz. Evdar.az gündəlik və bayram süfrəsi üçün ləziz “Uvertüra” salatının reseptini təqdim edir.
Heyrətamiz Dadlı “Uvertüra” Salatının tərkibi:
- 300 qr göbələk
- 150 qr toyuq filesi
- 60 qr gavalı qurusu
- holland pendiri
- qoz ləpəsi
- mayonez
- zövqə görə duz
Heyrətamiz Dadlı “Uvertüra” Salatının hazırlanma qaydası:
İlk öncə göbələyi doğrayıb yağda qovurun. Qovrulan göbələyi artıq yağı çəkməsi üçün mətbəx salfetinin üzərinə düzün. Toyuq filesini az duzlu suda bişirin. Bişib soyuyan fileni kiçik kub formasında doğrayın. Gavalı qurusunu 15 dəqiqə isti suda isladın. Daha sonra xırda doğrayın. Holland pendirini sürtgəcdən keçirin. Salatı hazırlayacağınız qaba ilk öncə bişmiş göbələyi yayıb üzərinə mayonez yaxın. İkinci qat olaraq toyuq filesini yayıb mayonez yaxın. Üçüncü qat olaraq doğranmış gavalı qurusunu da düzüb mayonez yaxın. Ən son qat holland pendirini və xırda doğranmış qoz ləpəsiylə bəzəyib süfrəyə verin.
Nuş Olsun!