Bu, iki ləzzətli desertin – cheesecake (çizkeyk) və paxlavanın heyrətamiz birləşməsidir. Evdar.az inanılmaz dərəcə dadlı, hər iki ləzzəti özündə birləşdirən çizkeyk-paxlavanın reseptini təqdim edir.
Paxlava-Çizkeykin tərkibi:
Paxlava üçün:
- 6 ədəd türk paxlava xəmir vərəqi
- 150 qr təmizlənmiş püstə
- 80 qr kərə yağı
- 30 ml maye bal
Çizkeyk üçün:
- 500 qr maskarpone pendiri
- 150 qr qaymaq
- 50 qr şəkər tozu
- 2 ədəd yumurta
- 30 qr maye bal
- 1 xörək qaşığı qarğıdalı nişastası
- 1 çay qaşığı vanil
- 1 ədəd limon qabığı rəndəsi
Şərbəti üçün:
- 50 qr maye bal
- 30 qr su
Paxlava-Çizkeykin hazırlanma qaydası:
Çizkeyki hazırlamaq üçün dərin bir qaba otaq temperaturunda olan maskarpone pendirini tökün. Üzərinə şəkər tozu və balı əlavə edib tel çırpıcyla yaxşıca qarışdırın. Üzərinə yumurtaları bir-bir əlavə edib qarışdırın. Qaymağı da əlavə edib qarışdırmağa davam edin. Qarğıdalı nişastası, vanil və rəndələnmiş limon qabığını da əlavə edib qarışdırın və kənara qoyun.
Paxlavanı hazırlamaq üçün xəmiri əvvəlcədən soyuducudan götürüb kənarda saxlayın. Daha sonra diametri 18-20 sm olan formanı əridilmiş kərə yağıyla yağlayın. Hazır paxlava xəmirini nazik hissələrə ayırın. Xəmir vərəqlərini qəlibə yerləşdirib yağlayn. Xəmiri qəlibin orta hissəsinə və kənarlarına düzün. Bu qaydayla 5-6 qat xəmir edin. Xəmirin üzərindən 100 qr xırdalanmış püstə yayıb, üzərindən bal gəzdirin. Püstə qatının üzərinə çizkeyki tökün və bərabər hamarlayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Xəmirin kənarları yaxşı qızarmalıdır, çizkeykin orta hissəsi bir az silkələnməlidir. Bişən deserti sobadan çıxarın.
Şərbəti hazırlamaq üçün kiçik bir qazana su və balı əlavə edib qarışdırın. Orta odda 5 dəqiqə qaynadın. İsti şərbəti bişən paxlava xəmirlərinə (qəlibin kənarlarında olan hissəsinə) tökün. Şərbətdən bir az çizkeykin üzərinə də səpin. Təxminən 50 qr püstəylə çizkeykin üzərini bəzəyin. Kənarda bişmiş paxlava xəmirlərini xırdalayıb çizkeykin üzərinə səpin. Otaq temperaturunda soyudub 6-7 saatlıq soyuducuya yerləşdirin. Hazır deserti ehtiyyatla qəlibdən çıxarın və süfrəyə verin.
Nuş Olsun!