İtaliya Mətbəxinin Unsuz, Yağsız Çimdik Peçenyesi “Alle Noci Pizzicotti”

Yields: 1 Serving

Tərkibində un yox, yağ yox! Məşhur italyan peçenyesi “Alle noci pizzicotti” cəmi 4 inqrediyentdən ibarətdir. Xırçıldayan, içi yumşaq olan bu peçenyenin hazırlanması çox asandır və dadı inanılmazdır. Evdar.az İtaliya mətbəxinin unsuz, yağsız məşhur çimdik peçenyesinin reseptini təqdim edir.

Unsuz, Yağsız Çimdik Peçenyesinin tərkibi:

  • 350 qr qoz ləpəsi (və ya badam ləpəsi)
  • 2 ədəd yumurta ağı
  • 1 su stəkanından 1 barmaq aşağı şəkər tozu
  • 1 paket vanil

Bulamaq üçün:

  • şəkər kirşanı

Unsuz, Yağsız Çimdik Peçenyesinin hazırlanma qaydası:

İlk öncə qoz ləpəsini mətbəx robotuyla xırdalayıb toz halına gətirin. Bir qabda yumurta ağını və şəkər tozunu çəngəllə yüngül çırpın. Üzərinə vanili də əlavə edib qarışdırın. Yumurta qarışığını çəkilmiş qoz ləpəsiylə birləşdirib ələ yapışan konsistensiyada kütlə hazırlayın. Əlinizi isladaraq xəmirdən qoz böyüklüyündə toplar yuvarlayın. Bu topları bol şəkər kirşanına bulayıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. İki barmaq uclarını şəkər kirşanına batırıb hər peçenyeni çimdikləyərək iz buraxın. Bu qaydayla hazırladığınız peçenyeləri əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Daha çox bişirməyin, əks halda quruyacaq və çox sərtləşəcək. Sobadan çıxan peçenyelər yumşaq olacaq, onlara toxunmayın. Soyuduqda bərkiyəcək. Soyuyan peçenyeləri çay və ya qəhvənin yanında süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir