Keks Qəlibində Kələm Dolması

Keks Qelibinde Kelem Dolması
Yields: 1 Serving

Kələm dolmasını bir-bir bükməyə vaxtı olmayanlar bu üsulla hazırlaya bilər. Evdar.az keks qəlibində kələm dolmasının reseptini təqdim edir.

Keks Qəlibində Kələm Dolmasının tərkibi:

İçliyi üçün:

  • 2-3 xörək qaşığı qiymə
  • yarım stəkan yumru düyü
  • 1 ədəd soğan
  • 1 xörək qaşığı tomat pastası
  • yarım stəkan duru yağ
  • keşniş
  • duz, istiot

Üzəri üçün:

  • 1 çay qaşığı tomat pastası
  • yarım stəkan zeytun yağı
  • 2 diş sarımsaq
  • 1 stəkan su
  • duz
  • orta ölçülü kələm

Keks Qəlibində Kələm Dolmasının hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün soğanı xırda doğrayın və ya sürtgəcdən keçirin. Düyünü yuyub süzün. Keşnişi də  yuyub xırda doğrayın. Bir qabda sürtgəcdən keçirilmiş və ya xırda doğranmış soğan, 2-3 xörək qaşığı qiymə, yuyulub süzülmüş yumru düyü, tomat pastası, doğranmış keşniş, duru yağ, istiot, duz, zövqə görə cirə, acı bibər tozu əlavə edib qarışdırın.

Kələm üçün bir qazanda su qaynadın. Qaynayan suya kələm yarpaqlarını salıb 2-3 dəqiqə bişirin. Az bişmiş kələm yarpaqlarının sərt hissələrini kəsib hazırlayın. Keks qəlibinin içərisinə az bişmiş kələm yarpaqlarını düzün. Üzərinə hazırladığınız içliyi bir qat yayıb kiçik kələm hissələriylə örtün. Yenidən qalan içliyi də yayıb kələm yarpaqlarıyla dolmanın üzərini örtün. Başqa bir qabda zeytun yağı, su, tomat pastası və duz əlavə edib qarışdırın. Qarışığı dolmanın üzərinə gəzdirin və doğranmış 2 diş sarımsağı da səpin. Qəlibin üzərinə yağlı kağız sərib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada kələm yumşalıb hazır olana qədər bişirin. Dolmanın kələmi istədiyiniz yumşaqlıqda deyilsə daşırmayacaq şəkildə bir az su əlavə edib bişirin. Daha sonra yağlı kağızı götürüb üzəri açıq halda 15 dəqiqəlik sobaya yerləşdirib bişirin. Keks qəlibinin üzərinə servis edəcəyiniz boşqabı qoyub əlinizlə tutaraq tərs çevirin. Qəlibdən çıxan dolmanı dilimləyərək qatıqla süfrəyə verə bilərsiniz.

  • Nahar və ya şam yeməyi üçün sobada xamalı sousda bişən ləzzətli kələm dolmasının resepti üçün klikləyin.
  • Toyuq Ətindən Ləziz Kələm Dolmasının resepti üçün klikləyin.
  • Həm dad, həm də görünüş baxımından süfrələrinizə fərqli baxış gətirəcək  sobada gül formalı kələm dolmasının resepti üçün klikləyin.
  • Ağ kələmdən qat-qat faydalı olan qırmızı kələmdən ləziz və faydalı dolmanın resepti üçün klikləyin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir