Kökəltməyən Pizza

Yields: 1 Serving

Sağlam qidalanmaq üçün dadsız yeməkləri yeməyə ehtiyac yoxdur. Düzgün məhsullarla və reseptlərlə yeməklərinizi dadlı bir şəkildə hazırlaya bilərsiniz. Kökəltməyən pizza da bu reseptlər üçün ən yaxşı nümunədir. Pizzadan imtina edə bilmirsinizsə və kökəlmək istəmirsinizsə bu resepti mütləq sınayın. Evdar.az kökəltməyən pizzanın reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd qabaq (kabaçki)
  • 1/2 ədəd gül kələmi
  • 1 xörək qaşığı yulaf kəpəyi
  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı zeytun yağı
  • duz, istiot

Üzəri üçün:

  • 1 stəkan rəndələnilmiş pendir
  • 4 ədəd dilimlənmiş göbələk
  • 1 ədəd qırmızı bolqar bibəri
  • pomidor dilimləri

Sousu üçün:

  • 1 ədəd rəndələnilmiş pomidor
  • 1 çay qaşığı tomat
  • 2 diş rəndələnilmiş sarımsaq
  • 1 çay qaşığı zeytun yağı
  • kəklikotu
  • duz
  • pul bibər

Hazırlanma qaydası:

İlk öncə kabaçkini rəndələyin və suyunu sıxın. Gül kələmini də mətbəx robotundan keçirin. Bir qabda rəndələnmiş, suyu sıxılmış kabaçki və gül kələmini qarışdırın. Üzərinə yulaf kəpəyi, yumurta, yağ, duz və istiot töküb qarışdırın. Hazır kütləni yapışmayan, azca yağlanmış tavaya yayın. Tərəvəzli pizza xəmirini tavada iki tərəfli bişirin.
Sousu hazırlamaq üçün pomidoru rəndələyin. Üzərinə kiçik doğranmış sarımsağı, tomatı, zeytun yağını, kəklikotu,duz və pul bibəri əlavə edib qarışdırın.
Soba sinisinə yağlı kağız sərin və üzərinə bişmiş tərəvəzli pizza xəmirini yerləşdirin. Üzərinə sousu yayın. Sousun üzərinə dilimlənmiş bibəri və göbələyi düzün. Duz səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Daha sonra sobadan götürüb üzərinə rəndələnmiş pendir səpin və pomidor dilimlərini düzün. Yenidən sobaya yerləşdirib 15 dəqiqə bişirin. Bişən pizzanı isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir