Köklü tərəvəzlər, adından da göründüyü kimi, torpağın altında bitən və böyüyərkən torpaqdan bol miqdarda vitamin və mineral, günəşdən gələn qidaları isə yarpaqları vasitəsilə saxlayan tərəvəzlərdir. Kartof, yerkökü, kərəviz, turp, çuğundur, sarımsaq və soğan köklü tərəvəzlər dedikdə ağıla ilk gələnlərdir. Evdar.az bu faydalı tərəvəzlərdən hazırlanan şorbanın reseptini təqdim edir
Köklü Tərəvəzlərdən Bol Vitaminli Şorbanın tərkibi:
- 1 kasa doğranmış kartof
- 1 kasa doğranmış kərəviz
- 2 xörək qaşığı kərə yağı
- 2 diş doğranmış sarımsaq
- 1 ovuc doğranmış kərəviz yarpağı
- 1/4 stəkan qaymaq
- duz
Köklü Tərəvəzlərdən Bol Vitaminli Şorbanın hazırlanma qaydası:
Qazanda kərə yağını əridin. Üzərinə doğranmış kartof, kərəviz və sarımsağı əlavə edib 2 dəqiqə qovurun. Qovrulan tərəvəzlərin üzərinə üzərini keçəcək qədər isti əlavə edin və yumşalana qədər bişirin. Doğranmış kərəviz yarpaqları, duz və qaymağı da şorbaya əlavə edib 5 dəqiqə daha bişirin. Daha sonra şorbanı blenderlə yaxşıca əzib isti halda kasalara bölüşdürün. Şorbanın üzərinə zövqə görə zərdəçal və zəncəfil tozu səpə bilərsiniz.
Nuş Olsun!