Hər bir evdar xanımın və aşpazların plov bişirməyin özünəməxsus sirrləri var – kimsə qeyri-adi ədviyyatlardan istifadə edir, kimsə isə xüsusi üsulla bişirir. Bunlardan biri də tərəvəz və krevetka ilə hazırlanan yüngül, doyurucu və çox dadlı plovdur. Evdar.az krevetkalı və tərəvəzli plov reseptini təqdim edir.
Krevetkalı və Tərəvəzli Plovun tərkibi:
- 350 qr düyü
- 300 qr təmizlənmiş krevetka
- 150 qr konservləşdirilmiş yaşıl noxud
- 200 qr yerkökü
- 1 ədəd bolqar bibəri
- 70 qr kərə yağı
- 4 diş sarımsaq
- 0,5 çay qaşığı zirə
- 700 ml su
- zövqə görə duz
Krevetkalı və Tərəvəzli Plovun hazırlanma qaydası:
Bolqar bibərini yarıya bölüb tumlarını çıxarın və doğrayın. Yerkökü nazik dairələr şəklindəə kəsin. Kərə yağını dərin qazanda əridin. Qazana doğranmış yerkökü və bolqar bibərini əlavə edin və qızılı rəng alana qədər qovurun. Yaşıl noxudu və sarımsaəzəndən keçirilmiş sarımsağı əalvə edib 2-3 dəqiqə qarışdıraraq bişirin. Üzərinə zirə, duz, yuyulmuş düyü, təmizlənmiş krevetkaları və qaynar suyu əlavə edin. Qazanın qapağını örtün və 20 dəqiqə bişirin. Plovu ocaqdan götürüb yarım saatlıq isti dəsmala bükün.
Nuş Olsun!