Çox ləzzətli və asan hazırlanan “Şokolad dəliliyi” çizkeyki. Evdar.az hazırlanması asan olan ,nəticəsi isə sevindirəcək dadlı desertin reseptini təqdim edir.
Ləzzətli “Şokolad Dəliliyi” Çizkeykin tərkibi:
Brauni xəmiri üçün:
- 70 qr un
- 130 qr tünd şokolad
- 165 qr şəkər kirşanı və ya xırda dənəli şəkər tozu
- 2 ədəd yumurta
- 130 qr kərə yağı
Pendirli qat üçün:
- 800 qr krem pendir
- 200 ml 30 % yağlılığı qaymaq və oxşar yağ tərkibli xama
- 4 ədəd yumurta
- 200 qr xırda dənəli şəkər tozu və ya şəkər kirşanı
- 50 qr şokolad
- 1 çay qaşığı vanil ekstraktı
- 18 ədəd Oreo peçenyesi
Üzəri üçün:
- 1 çay qaşığı kakao
- 300 ml 33-35% yağlılığı qaymaq
- 3 xörək qaşığı şəkər kirşanı
- 20 qr ağ şokolad
Ləzzətli “Şokolad Dəliliyi” Çizkeykinin hazırlanma qaydası:
Brauni xəmirini hazırlamaq üçün şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin. Otaq temperaturunda olan kərə yağını şəkər tozuyla mikserlə çırpın. Üzərinə yumurtaları bir-bir əlavə edib çırpmağa davam edin. Daha sonra şokoladı da əlavə edib çırpın. Unu da əlavə edib qarışdırıb kənara qoyun.
Pendirli qat üçün bir qabda krem pendiri çırpın. Üzərinə qaymaq, vanil ekstraktı və şəkər tozunu əlavə edib qarışdırın. Üzərinə yumurtaları bir-bir əlavə edib qarışdırın. Kütlənin üçdə birini ayırın və üzərinə 50 qr əridilmiş şokolad əlavə edib yaxşı qarışdırın (şokolad otaq temperaturuna qədər soyudulmalıdır).
Diametri 23 sm olan qəlibi yağlayın. Hazırladığınız brauni xəmirini qəlibə töküb yayın. Üzərinə peçenyeləri düzün(2-ci qat).Daha sonra krem pendirli kütləni də töküb yayın(3-cü qat). Şokoladlı kütləni də töküb yayın (4-cü qat). Qalan ağ pendirli kütlənin üzərinə xırdalanmış oreo peçenyesi tökün və qarışdırın. Ən son qat olaraq yayıb hamarlaşdırın. Qəlibin kənar hissəsini folqa kağızına bükün. Çizkyeki sobanın dəmir toruna yerləşdirin, soba sinisinə su töküb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 1 saat ərzində bişirin. Qəlibin kənarına toxunduqda, yalnız çizkeykin ortası yüngülcə silkələnirsə deməli hazırdır. Çizkeyki qapısı bağlı sobada yarım saatlıq saxlayın, daha sonra götürün və masada otaq temperaturunda soyudun. 1 gecəlik və ya ən azı 4 saatlıq soyuducuya yerləşdirin.
Üzəri üçün soyuq qaymağı şəkər tozu ilə davamlı bir köpük halına gətirin. Alınan kütləni çizkeykin üzərinə yaxın və qalan kremə kakao əlavə edib qarışdırın. Kakaolu kremi konditer torbasına töküb çizkeyki bəzəyin. Üzərinə sürtgəcdən keçirilmiş ağ şokolad səpib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!