Lavaş Arası Qayğanaq

Yields: 1 Serving

Səhər yeməyinin artıq darıxdırıcı və monoton olduğu günlər keçdi. Lavaşda qayğanaq bişirməyi təklif edirik. Həm çox dadlı, həm də doyurucudur. Evdar.az lavaş arası qayğanağın reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd lavaş
  • 1 ədəd yumurta
  • 1 ədəd pomidor
  • 20 qr pendir
  • bir neçə budaq cəfəri və ya kişniş

Hazırlanma qaydası:

İsti bir tavanı azca yağlayın. Lavaşı kvadrat formasında kəsib tavaya yerləşdirin. Lavaşın kənarları tavadan kənara çıxacaq. Lavaşa bir ədəd yumurta sındırıb tökün. Doğranmış pomidor, rəndələnmiş pendir və xırda doğranmış göyərti əlavə edin. Lavaşı zərf şəklində bükün və qapaq ilə örtün. Bir neçə dəqiqə zəif ocaqda hər iki tərəfini qızardın.

Nuş Olsun!

2 Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir