Ləzzətli və Asan Hazırlanan Şəkərsiz Xurmalı Keks

sekersiz xurmali keks
Yields: 1 Serving

Faydalı və ləzzətli alternativ axtaranlar üçün mükəmməl resept! Xurmanın təbii şirinliyi, qozun və şokoladın dadı ilə birləşən bu keks həm də asan hazırlanır. Evdar.az  ləzzətli və asan hazırlanan şəkərsiz xurmalı keksin reseptini təqdim edir.

Ləzzətli və Asan Hazırlanan Keks

Şəkərsiz Xurmalı Keksin tərkibi:

  • 15 ədəd Mədinə xurması (kiçik xurma istifadə etsəniz sayını 20-yə qədər artırın)
  • 250 ml isti süd
  • 150 qr un
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı soda
  • 1 paket vanil
  • 2 ədəd yumurta
  • 60 qr damla bitter şokolad
  • 60 qr xırda doğranmış qoz ləpəsi

Şəkərsiz Xurmalı Keksin hazırlanma qaydası:

Südü isidin. Bir kasaya tumları çıxarılmış xurmaları töküb üzərinə isti südü əlavə edib üzərini boşqabla örtün. Süddə isladılmış xurmaları 20 dəqiqə kənarda gözlədin. 20 dəqiqə keçdikdən sonra yumşaldılmış süddə xurmaları blenderlə yaxşıca püre halına gələnə qədər əzin. Üzərinə yumurta əlavə edib mikserlə çırpın. Un, qabartma tozu, soda və vanil əlavə edib tel çırpıcıyla qarışdırın. Damla şokoladın yarısını və xırdalanmış qoz ləpəsini xəmirə töküb qarışdırın. Xəmiri yağlı kağız sərilmiş dörbucaqlı soba qəlibinə töküb hamarlayın. Üzərinə damla şokoladın və xırdalanmış qoz ləpəsinin qal hissəsini səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. Keksin bişməyini çöp şiş batıraraq yoxlaya bilərsiniz. Hazır keksi dilimləyib çay süfrəsinə verə bilərsiniz.

Ən dadlı keks reseptləri Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir