Limonad hazırladıqda suyunu sıxdığınız limonları zibil qutusuna atmayın! Ondan balıq, toyuq, salat və zeytun yağlı yeməklərdə istifadə edə biləcəyiniz inanılmaz dadlı və ətirli limonlu duz hazırlayın. Evdar.az limon qabıqlarından hazırlanan duzun reseptini təqdim edir.
Limonlu Duzun tərkibi:
- 3 ədəd limon qabığı
- 2 stəkan duz
Limonlu Duzun hazırlanma qaydası:
Limonad hazırlamaq üçün suyunu sıxdığınız limonların qabığını blenderin qabına tökün. Üzərinə duz əlavə edib blenderlə yaxşıca qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə limonlu duzu yayıb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1 saat qurudun. Sobadan çıxartdıqdan sonra soyudub həvəngdəstə və ya qəhvəüyüdənlə toz halına gətirin. Limonlu duzu bankada saxlaya bilərsiniz. Bütün yeməklərinizdə istifadə edə biləcəyiniz ləzzətli duz hazırdır!
Nuş Olsun!