Ləzzətli Və Faydalı Balqabaq Marmeladı

Yields: 1 Serving

Sadə məhsullardan hazırlanan ləzzətli və faydalı balqabaq marmeladı. Soyuq fəsildə şirniyyat əvəzinə, faydalı marmelad hazırlaya bilərsiniz. Evdar.az sadə məhsullarla hazırlanan və çox vaxt aparmayan marmeladın reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr soyulmuş balqabaq
  • 1 ədəd portağal (təxminən 250 qr )
  • 1 stəkan (250 qr şəkər tozu)
  • 40 qr jelatin

Hazırlanma qaydası:

İlk öncə balqabağın qabığını soyun. Portağalın şirəsini sıxın və qabığını kənarda saxlsayın. Bir qabda portağal qabığı, soyulmuş balqabaq, şəkər tozu və portağal şirəsini töküb orta ocaqda 15 dəqiqə balqabaq yumşalanadək bişirin. Daha sonra portağal qabığını çıxarın. Ocaqdan götürün və üzərinə jelatin əlavə edin. Kütləni birbaşa qabda blenderlə əzin və yaranan köpüyü götürün. Streç salafan sərilmiş dördbucaqlı formaya kütləni tökün və soyuducuya yerləşdirin. Tamamilə bərkiməsini gözləyin. Bərkiyən marmeladın üzərinə şəkər tozu səpin və dəzgahın üstünə çevirin. Streç salafanı çıxarıb kiçik hissələrə kəsin.

Bu desertin zəngin bir balqabaq və portağal şirəsi ləzzəti, bir az turş dadı və parlaq bir qoxusu var.

Nuş Olsun!

1 Şərhi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir