Məkkəgülü (hibiskus və ya karkade) C vitamini anbarıdır, immuniteti gücləndirir. Yüksək antioksidant xüsusiyyətlərə malikdir və həmçinin xərçəngdən qoruyur, xüsusilə mədə xərçənginin qarşısını alır. Beyin funksiyalarını gücləndirməyə kömək edir. Cavanlaşdırır, həzm sistemini tənzimləyir. Çəki atmağa kömək edir. Soyuqdəymə zamanı, qrip və boğaz ağrısına qarşı istifadə edilir. Ədviyyatlarla dadlandırılan məkkə gülü şərbəti uzun müddət ac və susuz olanlar üçün çox faydalıdır. Evdar.az məkkəgülü (hibiskus, karkade) şərbətinin reseptini təqdim edir.
Mədə Xərçənginin Düşməni Məkkəgülü Şərbətinin tərkibi:
- 2 xörək qaşığı məkkəgülü( hibiskus)
- 1 xörək qaşığı mixək
- 1 ədəd darçın çubuğu
- 2-3 dilim limon
- 4 xörək qaşığı şəkər tozu
- 1 litr su
Mədə Xərçənginin Düşməni Məkkəgülü Şərbətinin hazırlanma qaydası:
Dərin bir qazana hibiskus, darçın çubuğu, mixək dənələri, limon dilimləri, şəkər tozu (zövqə görə artırıb azalda bilərsiniz) və 1 litr su əlavə edib ocağa qoyun. 6-7 dəqiqə rəngi çıxana qədər qaynadın. Ocaqdan götürüb süzün. Soyuq və ya isti halda içə bilərsiniz.
Nuş Olsun!