Category: İçkilər
Yields:
1 Serving
Son zamanların ən məşhur içkilərindən olan smuzi (smoothie), həm doyumlu, həm də qidalandırıcı olduğu üçün çox üstünlük verilir. Evdar.az zövqlə içəcəyiniz meyvəli smuzinin reseptini təqdim edir.
Tərkibi:
- 200 qr çiyələk
- 1 ədəd avakado
- zövqə görə bal
- 3 budaq reyhan
- 1 xörək qaşığı labne pendiri
- 1 ovuc buz
Hazırlanma qaydası:
Smuzi blenderinə və ya mətbəx kombaynına çiyələk , qabığı soyulmuş avokado , bal ,reyhan, labne pendiri və buzu əlavə edin. Tam qarışana qədər çırpın. Hazır smuzini süfrəyə verdikdə çiyələk və nanə ilə bəzəyin.