Marinə Edilmiş Göbələk

marinə-edilmiş-göbələk
Yields: 1 Serving Difficulty: Easy

Şampinyon göbələyi vitamin və minerallarla zəngindir. Faydalı xüsusiyyətləri ilə arıqlamaq məqsədilə pəhriz saxlayanlar da göbələkdən istifadə edə bilərlər. Bu faydalı göbələkdən dadlı, ətirli marinə edilmiş göbələk hazırlaya bilərsiniz. Evdar.az marinə edilmiş göbələyin reseptini təqdim edir.

Marinə Edilmiş Göbələyin tərkibi:

  • 450 qr təzə şampinyon göbələyi
  • 4 xörək qaşığı zeytun yağı
  • 2 xörək qaşığı ağ şərab sirkəsi
  • 2 xörək qaşığı qırmızı şərab sirkəsi
  • 4 budaq cəfəri
  • 2 diş sarımsaq
  • 1/2 çay qaşığı istiot
  • 1 çay qaşığı dəniz duzu

Marinə Edilmiş Göbələyin hazırlanma qaydası:

İlk öncə şampinyon göbələyini yaxşıca yuyun. Bir qazanda su qaynadın. Göbələkləri qaynayan suyun içərisinə töküb 3 dəqiqə qaynadın. Suyu süzüb göbələkləri mətbəx dəsmalıyla və salfetiylə qurulayın. Göbələkləri nazik dilim şəklində doğrayıb bir qaba tökün. Doğranmış göbələklərin üzərinə ağ və qırmızı şərab sirkəsi, doğranmış cəfəri, sarımsaqəzəndən keçirilmiş sarımsaq, duz, istiot və yağ əlavə edin. Yaxşıca qarışdırıb hermetik bankaya tökün. Bankanın qapağını yaxşıca örtüb bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir