McDonald’sdakı Kimi Südlü Kokteyl (Milkshake)

McDonaldsdaki Kimi Südlü Kokteyl3
Yields: 1 Serving

Südlü kokteyl (Milkshake) McDonald’s-da ən məşhur içkidir. Əksər ölkələrdə McDonalds restoranları çiyələk və vanil ləzzətləri ilə birlikdə şokoladlı kokteylin dadını da təklif edir. Südün faydaları haqqında hər kəs bilir. Sümük inkişafına, dişlərə, həmçinin dəriyə və daha çox şeyə faydalı təsir göstərən yüksək kalsium tərkibi. Tərkibindəki vitaminlərə görə uşaqların qida rasionu üçün çox vacib bir məhsuldur. McDonald’s-da olduğu kimi süd kokteylini sınamaq üçün restorana getməyə ehtiyac yoxdur, onu evdə asanlıqla hazırlaya bilərsiniz. Evdar.az vanil aromalı südlü kokteylin reseptini təqdim edir.

McDonald’sdakı Kimi Südlü Kokteylin tərkibi:

  • 1 stəkan soyuq süd
  • 1 paket vanil
  • 0,25 stəkan 11% yağlılığı qaymaq
  • 2 stəkan dondurma

McDonald’sdakı Kimi Südlü Kokteylin hazırlanma qaydası:

Kokteyl aparatına ilk öncə dondurma, soyuq süd, qaymaq və vanil əlavə edib köpüklənənə qədər yaxşıca qarışdırın. Hazır kokteyli hündür kokteyl badələrinə tökün. Zövqə görə üzərinə darçın tozu və ya şokolad qırıntısı səpə bilərsiniz.

McDonaldsdaki-Kimi-Sudlu-Kokteyl.jpg

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir