Milli Mətbəximizin Ləziz “Nardança Plovu”

Yields: 1 Serving

Azərbaycan mətbəxində çoxlu sayda plov var və hər biri özünəməxsus şəkildə unikaldır. Ən dadlı plov növlərindən biri də Nardança plovdur. Evdar.az nardança plovun reseptini təqdim edir.

Milli Mətbəximizin Ləziz “Nardança Plovu”nun tərkibi:

  • 1 kq düyü
  • 500 qr-lıq cücə
  • 100 qr nar dənəsi
  • 100 qr şabalıd
  • 1/2 çay qaşığı duz
  • 2 çimdik istiot
  • qatı nar şərabı
  • qurudulmuş nar dənələri (nardənək)

Qazmaq üçün:

  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı un
  • 40 qr xama (qatıq)
  • 1 çimik duz
  • bir az qaynadılmış düyü
  • sarıkök

Milli Mətbəximizin Ləziz “Nardança Plovu”nun hazırlanma qaydası:

İlk öncə düyünü duzlu suda yarıbişmiş olana qədər qaynadın və süzün.

Qazmağı hazırlamaq üçün bir qabda un, qatıq və yumurtanı qarışdırın. Üzərinə bir az qaynadılmış düyü, bir çimdik duz və sarıkök əlavə edib qarışdırın. Qızdırılmış qazana yağ töküb isidin. Hazırladığınız qazmağı qazanın dibinə yayın. Qazmağın üzərinə qurudulmuş nar dənələri səpin. Yarıya bölünmüş cücəni duz və istiotla ovuşdurun. Cücəni qazmağın üzərinə düzün. Narşərabından 1 xörək qaşığı ətlərə yaxın. Təmizlənmiş, şabalıdları da səpin. Daha sonra bişib süzülmüş düyünü qazana əlavə edin. Dəmlənmiş zəfəran da gəzdirməyi unutmayın- bu plova gözəl qızılı rəng verəcəkdir. Qazanın qapağını təmiz mətbəx dəsmalıyla və ya folqa kağızıyla örtüb dəmə qoyun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir