Milli Mətbəximizin Ləziz Plovu – Çoban Aşı

Yields: 1 Serving

Çoban aşı adıyla bilinən bu ləziz plov Azərbaycan mətbəxinin ən dadlı təamlarından biridir. Çoban aşı əsasən qoyun ətindən hazırlanır. Ancaq qoyun ətinin əvəzinə mal əti ilə hazırlaya bilərsiniz. Evdar.az ləziz Çoban aşının reseptini təqdim edir.

Milli Mətbəximizin Ləziz Plovu – Çoban Aşının tərkibi:

  • 500 qr ət (qoyun və ya mal əti)
  • 3 stəkan düyü (uzun və ya yumru)
  • 100 qr kərə yağı
  • 1 ədəd soğan
  • duz, istiot

Milli Mətbəximizin Ləziz Plovu – Çoban Aşının hazırlanma qaydası:

İlk öncə əti tikələrə doğrayıb suda qaynadın. Soğanı kiçik kub formasında doğrayın. Başqa bir qazanda soğanı yağda qovurun. Bişən əti sudan ayırıb qızardılmış soğana əlavə edin və qızarana qədər bişirin. Düyünü yuyub süzün. Qovrulan ət və soğanın üzərinə düyü, duz, istiot və ayırdığınız ət suyunu əlavə edin. Ət suyunu hər 1 stəkan düyüyə 2 stəkan ölçüdə götürün. Qazanın qapağını yarımçıq örtüb suyu çəkilənə qədər vam odda bişirin. Daha sonra aşı qarışdırın, qazanın üzərini mətbəx salfeti və qapaqla örtüb dəmə qoyun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir