Nahar Süfrəsi Üçün Limonlu Plov

Yields: 1 Serving

Plov yeməklərin əvəzsiz tamamlayıcısıdır. Bu reseptdə düyü ilə bir araya gələn limon fərqli ətir və dad qatmaqla yanaşı, plovunuzun parlaq görünməsini təmin edəcək. Evdar.az nahar süfrəsi üçün limonlu plov reseptini təqdim edir.

Nahar Süfrəsi Üçün Limonlu Plovun tərkibi:

  • 2 stəkan baldo düyü
  • 1 litr qaynadılmış su
  • 2 xörək qaşığı duz
  • 2 yarım stəkan su
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 ədəd limon qabığı

Nahar Süfrəsi Üçün Limonlu Plovun hazırlanma qaydası:

İlk öncə düyünü yaxşıca yuyub 20 dəqiqə qaynar suda isladın. Daha sonra düyünü süzün. Zeytun yağını tavada bir az qızdırdıqdan sonra düyünü əlavə edib bir neçə dəqiqə qovurun. Üzərinə su, duz, istiot və 1 ədəd limonun suyunu əlavə edib qarışdırın. Qazanın qapağını bağlayın və aşağı istilikdə bişirin. Düyü yumşalıb bişdikdə ocağı söndürün. Düyüyə sürtgəcin xırda gözündən keçirilmiş limon qabıqlarını əlavə edib qarışdırın və qapağı örtün. Dəmlənmiş plovu süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir