Nahar Süfrəsinə Ləziz Ətli, Yaşıl Noxudlu Plov

Nahar Süfresine Leziz etli Yasıl Noxudlu Plov
Yields: 1 Serving

Evdə qalan süzülmüş düyünü israf etmədən ət və yaşıl noxudla birləşdirib çox ləziz və doyumlu yemək hazırlayın. Evdar.az nahar süfrəsinə ləziz ətli, yaşıl noxudlu plovun reseptini təqdim edir.

Nahar Süfrəsinə Ləziz Yemək

Ətli, Yaşıl Noxudlu Plovun tərkibi:

  • 350 qr ət
  • 1 ədəd ağ və ya qırmızı soğan
  • duz, istiot
  • 150 qr pomidor sousu və ya tomat
  • 2 xörək qaşığı dondurulmuş yaşıl noxud
  • cəfəri
  • şüyüd
  • 1 çay qaşığı pul bibər
  • 1 çay qaşığı ət üçün ədviyyat
  • süzülmüş düyü

Nahar Süfrəsinə Ləziz Ətli, Yaşıl Noxudlu Plovun hazırlanma qaydası:

İlk öncə düyünü duzlu suda bişirib süzün. Süzülmüş düyünü soyuması üçün kənarda gözlədin. Və ya evdə hazır süzülmüş düyü varsa istifadə edə bilərsiniz. Əti kiçik kub formasında doğrayın. Soğanı da xırda doğrayın. Yağ əlavə edilmiş tavada ətləri bişirin. Bişən ətlərin üzərinə xırda doğranmış soğan əlavə edib qovurmağa davam edin. Üzərinə tomat və ya pomidor sousunu əlavə edib qarışdırın. Dondurulmuş yaşıl noxudu da əlavə edin. Cəfəri və şüyüdü də xırda doğrayıb yeməyə əlavə edin. Duz, istiot, paprika, ət üçün ədviyyatı da əlavə edib qarışdırın. Süzülmüş düyünü də tavaya əlavə edib qarışdırın və 2-3 dəqiqə bişirib ocaqdan götürün.

Ən dadlı plov reseptləri Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir