Nahara nə bişirim? deyə düşünənlər üçün ləziz yemək resepti. Evdar.az noxudlu və toyuqlu bulğur plovunun reseptini təqdim edir.
Nahara Ləziz Yemək
Toyuqlu və Noxudlu Bulğur Plovun tərkibi:
- 2 stəkan bulğur
- 1 ədəd bütöv toyuq
- 2 stəkan bişmiş noxud
- 2 ədəd soğan
- 4 ədəd pomidor
- 2 ədəd yerkökü
- 2 diş sarımsaq
- 1 ədəd yaşıl bolqar bibəri
- 1 ədəd toyuq
- 1 xörək qaşığı tomat pastası və ya bibər pastası
- bitki yağı, kərə yağı
- duz, istiot, paprika,
- cəfəri
Toyuqlu və Noxudlu Bulğur Plovunun hazırlanma qaydası:
İlk öncə bulğuru axar suyun altında yaxşıca yuyub süzün. Plovu bişirəcəyiniz qazanda kərə yağını əridin. Üzərinə yuyulub suyu süzülmüş bulğuru töküb qovurun. Qovrulmuş bulğurun üzərinə çıxana qədər su və duz əlavə edin. Bulğurun suyu çəkilənə qədər zəif dodda dəmlənməyə qoyun.
Bütöv toyuğu hissələrə bölün. Hissələrə bölünmüş toyuq tikələrinə duz, istiot və paprika səpin. Tavaya bitki yağı töküb toyuq tikələrini ikitərəfli qızardın. Soğanı yarım halqa şəklində doğrayıb ətlərin üzərinə əlavə edib qarışdırın. Daha sonra təmizlənib halqa formasında doğranmış yerkökünü və doğranmış yaşıl bibəri də əlavə edib qovurmağa davam edin. Pomidorların qabığını soyub sürtgəcdən keçirin. Bir qabda sürtgəcdən keçirilmiş pomidor və tomatı qarışdırıb tavaya əlavə edib. Toyuq yeməyini qarışdırıb suyu çəkilib yağa düşənə qədər bişirin. Qovrulan yeməyə ətlərin üzərini keçəcək qədər su, 2 diş sarımsaq və bişmiş noxudu əlavə edib orta odda bişirin. Boşqaba bulğuru çəkib üzərinə toyuqlu, noxudlu yeməkdən tökün. Yeməyin üstünə doğranmış cəfəri səpib süfrəyə verin.
Ən dadlı plov reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş OLsun!
