Nahara Tezbazar Qiyməli Yemək

Yields: 1 Serving

Nahara asan və ləzzətli qiyməli yemək hazırlaya bilərsiniz. Evdar.az sobada qiyməli yeməyin reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq kartof
  • 500 qr qiymə
  • 1 ədəd soğan
  • 1 dolu xörək qaşığı un
  • 2-3 xörək qaşığı pomidor püresi və ya 1 dolu xörək qaşığı tomat
  • 100 qr holland pendiri
  • yağ
  • duz, istiot, sarıkök, şirin qırmızı bibər tozu, sarımsaq tozu

Hazırlanma qaydası:

İlk öncə kartofların qabıqlarını soyub barmaq qalınlığında samanvari doğrayın.Tavaya yağ əlavə edib kartofları qızardın. Qızartdığınız kartoflara duz əlavə edin. Daha sonra qızaran kartofları soba qəlibinə yayın. Eyni tavaya bir az da yağ əlavə edib kub-kub doğranmış soğan və qiyməni əlavə edib qovurun. Üzərinə yarım çay qaşığı duz, istiot, sarıkök, şirin qırmızı bibər tozu, sarımsaq tozu və un əlavə edib qovurmağa davam edin. Pomidor püresi və ya tomat və üzərini keçməyəcək qədər su əlavə edi. Ara sıra qarışdıraraq su çəkilənə qədər bişirin. Bişirdiyiniz qiyməni soba qabına əvvəlcədən qızardılmış kartofların üzərinə yayın. Holland pendirini də sürtgəcdən keçirib qiymənin üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada pendir əriyib qızarana qədər bişirin. Yemək hazırdır! Süfrəyə verdikdə üzərinə doğranmış göyərti səpə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir