Nahara Yaşıl Noxudlu, Nanəli Ləziz Şorba

Yields: 1 Serving

İstər isti, istərsə də soyuq halda süfrəyə verilən bu şorba nahar və ya şam yeməyi üçün idealdır. Soğanın şirinliyi, yaşıl noxudun zərifliyi və nanənin sərin dadı bu yeməyi unikal edir. Evdar.az nahara hazırlaya biləcəyiniz yaşıl noxudlu, nanəli şorbanın reseptini təqdim edir.

Yaşıl Noxudlu, Nanəli Ləziz Şorbanın tərkibi:

  • 1 dəstə yaşıl soğan
  • 150 qram kartof
  • 1 diş sarımsaq
  • 20 qram kərə yağı
  • 850 ml toyuq bulyonu
  • 300 qram təzə yaşıl noxud
  • 3 budaq nanə
  • 150 ml 35 % yağlılığı qaymaq
  • zövqə görə duz

Yaşıl Noxudlu, Nanəli Ləziz Şorbanın hazırlanma qaydası:

İlk öncə dərin bir qazanda kərə yağını əridin. Üzərinə xırda doğranmış yaşıl soğan əlavə edib  1-2 dəqiqə yumşaq olana qədər qovurun. Qovrulan soğana xırda doğranmış və ya sarımsaqəzəndən keçirilmiş sarımsağı əlavə edib qarışdırın. Kiçik kub formasında doğranmış kartofu da əlavə edib bir neçə dəqiqə qovurun. Daha sonra isti bulyonu və ya suyu töküb qaynamağa qoyun. Zövqə görə duz əlavə edib kartof yumşalan qədər bişirin. Daha sonra yaşıl noxudu əlavə edib 5 dəqiqə qaynadın (noxud yumşaq olana qədər bişirin, 5 dəqiqədən çox deyil!). Şorbanı ocaqdan götürüb xırda doğranmış nanə yarpaqlarını əlavə edib qarışdırın. İsti şorbanı blenderlə yaxşıca əzin. Başqa bir qabda qaymağı isidib şorbaya əlavə edib qarışdırın. Hazır şorbanı yaşıl noxud dənələri və nanə yarpaqlarıyla bəzəyib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir