Narlı Zeytun Salatı

Yields: 1 Serving

“Zeytunla nar olarmı?” deyənlər üçün ləziz bir resept..Narlı zeytun salatı. Hazırlaması çox vaxt aparmayan, lakin dadı də tam fərqlidir. Evdar.az sizinlə narlı zeytunlu salatın hazırlanma qaydasını bölüşür.

Narlı Zeytun Salatının tərkibi:

  • 2 ədəd nar
  • 4 ədəd közlənmiş qırmızı bibər
  • 2 stəkan doğranmış yaşıl zeytun
  • 4 xörək qaşığı xırda doğranmış cəfəri

Sousu üçün:

  • 1 ədəd limon suyu
  • 1 çay qaşığı duz
  • 4 xörək qaşığı zeytun yağı

Narlı Zeytun Salatın hazırlanma qaydası:

İlk öncə közlənmiş bibərləri nazik doğrayın. Narları soyub dənələrini ayırın. Şüşə kasaya doğranmış cəfəri, közlənmiş bibər, nar dənləri və yaşıl zeytunları tökün. Başqa bir qabda limon suyu və duzu çəngəllə yaxşıca çırpıb, içərisinə zeytun yağını yavaş-yavaş qarışdıraraq əlavə edin. Hazırladığınız sousu salatın üzərinə töküb salatı qarışdırın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir