Naxçıvan Mətbəxinin Şahı- Qovurma

Yields: 1 Serving

Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı, Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Qovurma Naxçıvan mətbəxində həm qış ruzisi, həm də hazır yemək növüdür. Evdar.az Naxçıvan mətbəxinin şahı qovurmanın reseptini təqdim edir.

Tərkibi:

  • 45 kq mal əti (qoç, təkə)
  • 25 kq quyruq yağı və ya kərə yağı
  • 10 litr su
  • 1 paçka duz

Hazırlanma qaydası:

Əti bir gün öncədən doğrayıb dincəldin. İlk öncə qovurma üçün quyruq yağını və ya kərə yağını əridin. Əritdiyiniz yağı dərin bir qaba süzün. Böyük bir qazanda 10 litr suyu qaynadın. Yuyulmuş ətləri qaynayan suya əlavə edib qarışdırın. Qaynayan ətlərin kəfini yığın. Ət çox bişməməlidir, əks halda qızardıldıqda parçalanır. Bişmiş ətləri aşsüzənlə suyundan ayırın. Suyu süzülmüş ətləri yaxşıca duzlayın. Əvvəlcədən əritdiyiniz quyruq yağı və ya kərə yağını qazana tökün və duzlanmış ətləri qızarılması üçün qazana əlavə edin. Ətlər quruyana qədər qızardılmalıdır. Qovurmanı ocaqda qovurmaq daha məsləhətlidir! Ətlər yaxşıca qovrulduqdan sonra dərin bir qablara yığın. Əti qovurduğunuz yağı qazana yığdığınız ətlərin üzərini örtəcək şəkildə əlavə edin. Qovurma hazırdır.

Qeyd:

  • Qovurmanın keyfiyyətli, dadlı çıxması üçün üç şərtə əməl olunmalıdır: kəf təmiz yığılmalı, ət qaynadılanda və qızardılanda vaxtında götürülməli, bir də duzu qaydasında olmalıdır.
  • Naxçıvan qovurması, adətən, iki-üçyaşlı qoç, təkə yaxud erkək dana ətindən hazırlanır.
  • Ənənəvi olaraq mis qazanlarda hazırlanan qovurmanı sərin yerdə şüşə və çuqun qablarda aylarla saxlamaq olar. Qovurma soyuducuda yox, quru,sərin yerdə saxlanılmalıdır.
  • Qovurmanın keyfiyyətli və uzunömürlü olması üçün ona yalnız kəsilən heyvanın quyruq, yaxud iç yağı vurulmalıdır. Düzdür, bəzən zövqə görə kərə yağı da istifadə edilir. Amma, kərə yağı heyvanın öz yağının əvəzini vermir. El arasında işlədilən “öz yağı özünü basır” məsəli buradan yaranıb.
  • Naxçıvan qovurmasının hazırlanma vaxtı, adətən, oktyabr ayının sonu-noyabr ayının əvvəlidir.
  • Naxçıvan lavaşı ilə yeyilən Naxçıvan qovurmasının dadından doymaq çətindir.

Nuş Olsun!

2 Şərhlər

  1. Qovurmanı təkcə Naxçıvanda deyil, İrəvanda, Vedidə də hazırlayardılar.. Nənəmin qovurmasının dadı hələ də damağımdadır.. O ləzzəti heç bir yeməkdən ala bilmirəm..
    P. S. Bizimkilər, yəni babamgillər 1949da Vedidən, öz doğma dədə-baba yurdlarından zorla deportasiya ediliblər..

    1. Duz deyirsiz Qovurma deyende ele Naxcivan aqila gelmeli deyil Azerbaycanin her rayonunda qovurma çox lezetli ve ozune mexsuS wekilde hazirlanir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir