Səhər yeməyi süfrəsi üçün azkalorili pankek hazırlaya bilərsiniz. Evdar.az pəhrizdə olanlar üçün dadlı pankek reseptini təqdim edir.
Pəhrizdə Olanlar Üçün Azkalorili Pankekin tərkibi:
- 150 qr üyüdülmüş yulaf yarması
- 250 ml süd
- 2 xörək qaşığı tam buğda unu
- 1 ədəd yumurta
- 1 çay qaşığı qabartma tozu
- zövqə görə şəkər tozu və ya dadlandırıcı
Pəhrizdə Olanlar Üçün Azkalorili Pankekin hazırlanma qaydası:
Dərin bir qabda üyüdülmüş yulaf yarması, qabartma tozu və südün 1/3 hissəsini qarışdırıb mikserlə yaxşıca çırpın. Qalan südü yumurta ilə köpüklənənə qədər çırpın. Üzərinə dadlandırıcı və ya şəkər tozu əlavə edib qarışdırın. Hər iki qarışıqları birləşdirib un əlavə edin və yenidən qarışdırın. Xəmiri 30 dəqiqə kənarda saxlayın. Daha sonra xəmiri qatı xama olana qədər qarışdırın. Xəmir çox qatı olarsa, bir az süd əlavə edə bilərsiniz. Tavanı qızdırıb ilk öncə yağlayın, xəmirdən töküb qapalı qapaq altında qabarcıqlar görünənə qədər qızardın. Daha sonra çevirib 8-10 saniyə qızardın. Bu qaydayla yağsız pankeklər bişirin. Dadlı pankekləri meyvə, giləmeyvə və balla süfrəyə verə bilərsiniz.
Nuş Olsun!