Category: Pəhriz Yeməkləri, Şorbalar, Uşaq Yeməkləri
Yields:
1 Serving
Sağlam bir şəkildə çəki atmaq istəyənlər üçün möhtəşəm bir kələm şorbası..Evdar.az pəhrizdə olanlar üçün dadlı və faydalı şorba reseptini təqdim edir.
Tərkibi:
- yarım ağ kələm
- 1 ədəd kərəviz
- 2 ədəd pomidor
- yarım dəstə cəfəri
- 2 ədəd yaşıl bibər
- 6 stəkan su
Hazırlanma qaydası:
Bir qazanda xırda doğradığınız kələm, kərəviz, pomidor, cəfəri, yaşıl bibər və su əlavə edib zəif ocaqda 10-15 dəqiqə bişirin. Əgər şorbanın daha çox qatı olmağını istəyirsinizsə 4 stəkan, daha duru konsistensiyalı olmağını istəyirsinizsə 6 stəkan su əlavə edin. Şorba bişdikdən sonra duz əlavə edib blenderlə yaxşıca qarışdırın. Hazır şorbanı isti halda süfrəyə verə bilərsiniz.
Nuş Olsun!