Soğan marmeladına konfitür və ya mürəbbə də deyilir. Mahiyyət eynidir – bu nə marmelad deyil, nə mürəbbə, nə də konfitür. Bu sousdur. Adətən qırmızı soğandan hazırlanır. Soğan marmeladı paştetlə, kotletlə və ya yumşaq kifli pendirlə yeyilir, tez-tez burgerlərə əlavə edilir. Evdar.az paştet və hamburgerlər üçün soğan marmeladının reseptini təqdim edir.
Paştet və Hamburgerlər Üçün Soğan Marmeladının tərkibi:
- 2 kq qırmızı soğan
- 1 stəkan qırmızı şərab
- 8 xörək qaşığı şərab sirkəsi
- 100 qr bal
- 150 qr şəkər tozu
- 100 ml bitki yağı
- istiot zövqə görə
- üyüdülmüş keşniş toxumu
Paştet və Hamburgerlər Üçün Soğan Marmeladının hazırlanma qaydası:
Soğanları soyun və böyük yarım halqalar formasında doğrayın. Tavaya bitki yağı töküb ocağa qoyun. Yağa bir çimdik üyüdülmüş keşniş toxumu əlavə edin. Daha sonra soğanı əlavə edib 5 dəqiqə qarışdıraraq qovurun. Tavanın qapağını örtüb, yanmaması üçün ocağı azaldın və arabir qarışdıraraq yağda 5-7 dəqiqə bişirin. Sonra duz, istiot, şərab, şəkər tozu, bal və şərab sirkəsi əlavə edib qarışdırın. Ocağı minimuma endirib vaxtaşırı qarışdıraraq 45 dəqiqə qaynadın. Marmeladı istədiyiniz konsistensiyaya gətirin və hazırdır.
Əlavə qeyd:
- Konfitür üçün şirin bir soğan götürmək yaxşıdır. Ağ və ya qırmızı, fərq etməz. Sadəcə qırmızı soğana qırmızı şərab, ağa isə ağ şərab əlavə edin.